Axtar

“PAŞA Holding” illik gəlirini açıqlayıb

“PAŞA Holding” MMC 2019-cu ili 1,5 milyard manat cəmi gəlir ilə başa vurub. Halbuki, holdinq 2018-ci ili 1,3 milyard manat cəmi gəlir ilə bağlamışdı.

ENA.az holdinqin saytına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “PAŞA Holding”in cəmi aktivləri 1,1 milyard manat artaraq 11,9 milyard manata, cəmi kapitalı isə 200 milyon manat artaraq 2,6 milyard manata çatıb. 

31 dekabr 2019-cu il tarixi üçün holdinqin Azərbaycanın bank sektorunda aktivlər üzrə bazar payı 27.6% (2018-ci ilin sonunda 28,5% idi), işçilərinin sayı isə 8 500 nəfərdən çox olub. 2019-cu ildə Holdinqin işçilərinin sayı 2200 nəfərdən çox artıb. 

2006-cı ilin noyabr ayında yaradılan, baş ofisi Bakıda yerləşən "PAŞA Holding" MMC fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın ən öndə gedən və korporativ idarəetmə təcrübəsini öz fəaliyyətində rəhbər tutan milli özəl biznes qruplarından birinə çevrilib. Holdinqin əsas investisiyaları maliyyə xidmətləri - bankçılıq və sığorta, tikinti, turizm və daşınmaz əmlak kimi qeyri-neft sektorlarında cəmlənib. 

Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33