Bank

Mərkəzi Bank pandemiyaya görə banklara kapital göstəricisindəki güzəşt müddətini uzadıb

Azərbaycan Mərkəzi Bankı COVID-19 pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi qaydasının müddətini 1 yanvar 2020-ci ildən 1 aprel 2021-ci il tarixinədək uzadıb.

Pandemiyaya görə, kapitalın adekvatlıq əmsalı və onun hesablanması qaydası belədir:

– sistem əhəmiyyət sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 aprel 2021-ci il tarixinədək 11 faizdən az ola bilməz. Bu normada 1 may 2020-ci il tarixindən 10% götürülür.

–    Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 aprel 2021-ci il tarixinədək 9 faizdən az ola bilməz. 1 may 2020-ci il tarixindən normada banklar üçün 12% götürülür.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)