Bank

Yelo Bankda yeni təyinat

Yelo Bank-da daha bir peşəkar təyinatı baş verib. Rəsul Mənsimli bankın Risk İdarəsi üzrə baş direktoru təyin olunub.

Məlumat üçün bildirək ki, 2013-cü ildə Bakı Dövlət Universitetinin "Dünya iqtisadiyyatı" ixtisasını bitirən R.Mənsimli karyerasına 2015-ci ildə Unibank-da istehlak kredit riskləri üzrə mütəxəssis kimi başlayıb. 2016-cı ildən 2017-ci ilədək Nikoil Bankda çalışıb və risklər üzrə aparıcı mütəxəssisdən analitik, hesabat və ehtiyatlara nəzarət şöbəsinin müdiri vəzifələrinə kimi yüksəlmişdir.

2017-ci ildən Azərbaycan Beynəlxalq Bankında Risklərin idarəedilməsi departamentində direkor müavini olaraq böyük nailiyyətlər və uğurlar əldə etmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)