“Tesla” keçmiş əməkdaşından 167 milyon dollar təzminat istəyəcək
ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti keçmiş mühəndis-texnoloqu Martin Trippdən 167 mln. ABŞ dolları təzminat almağa qərar verib.
"Tesla" iddia edir ki, M.Trippin şirkət haqqında jurnalistlərə səhv məlumatlar verib. Bu da “Tesla”nın səhmlərini ucuzlaşdırıb. M.Trippin vəkili isə bu ittihamları absurd hesab edir.