"Bank Standard"la bağlı prezidentə müraciət - TAM MƏTN
Ləğv prosesində olan "Bank Standard"ın Kreditorlar Komitəsinin qərarı ilə əmanətçilər ləğvedici olan Əmanətlərin Sığortalanması Fondundan prezident İlham Əliyevə şikayət ediblər.
Bu barədə komitənin sədri Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, dövlət başçısına kollektiv şikayət 7 məsələ barədədir:
1) Özbaşınalıq;
2) Savadsızlıq;
3) Əmlakın satışının ləngidilməsi;
4) Kreditlərin qaytarılmaması niyyəti;
5) Bədxərclik;
6) Mərkəzi Bankın borcunun növbədənkənar qaytarılması;
7) Ləğv prosesinin süni uzadılması.
Əkrəm həsənov bildirib ki, 3-5-ci əsaslar üzrə qeyri-şəffaf işləyən Fondun korrupsiyaya yol verdiyinə şübhələr var: «Ümid edirik ki, hüquq-mühafizə orqanları məsələni ciddi araşdıracaq».
Əmanətçilərin dövlət başçısına müraciətinin tam mətnini təqdim edirik.