“Hyundai”ın səhmləri bu xəbərdən sonra 20% artıb
Ən populyar avtomobil markalarından biri olan “Hyundai” Apple ilə elektrikli avtomobil layihəsi ilə bağlı ilkin müzakirələrə başladıqlarını söyləyib.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, iki nəhəng markanın Apple avtomobili və ya yeni bir layihə üzərində işləyəcəyi hələ məlum deyil.
Hyundai son açıqlamasında, Apple ilə danışıqlara başladıqlarını və elektrikli avtomobil layihəsi üzərində çalışacaqlarını bildirib. Hyundai ancaq çox erkən mərhələdə olduqlarını, buna görə qərar verilmiş qəti bir şey olmadığını da bildirib. İki şirkət hələ ortaq bir qərara gələ bilməsə də, “Hyundai”nin bu xəbəri şirkətin səhmlərinin 20%-dən çox artmasına səbəb olub.