Əsas məzmuna keç
Bakı +17°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

İran vətəndaşı Azərbaycanda yeni holdinq təsis edib

İran vətəndaşı Azərbaycanda yeni holdinq təsis edib

Azərbaycanda yeni holdinq yaradılıb.

ENA.az xəbər verir ki, yeni yaradılan holdinqin adı “Azerbaijan Shaynam Holding” MMC-dir.

Holdinqin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi İran İslam Respublikasının vətəndaşı Rahimi Abbas Mohammaddır.

“Azerbaijan Shaynam Holding”in hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, 22-ci Dağlıq küçəsi, ev.54 ünvanında fəaliyyət göstərəcək.