Vakansiyalar

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır - VAKANSİYA

Vəzifənin adı : Aparıcı mütəxəssis – Təhlükəsizlik bölməsi, Fiziki təhlükəsizlik sahəsi, Hövbətçi Hissə və Patrul qrupu

Özünə və peşəkarlığına güvənən, fiziki təhlükəsizlik sahəsində təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ən ideal namizəd :

- Ali təhsilli olması;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- İşgüzar və məsuliyyətli olmalı

O cümlədən :

- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

Hansı işləri görəcəksiniz :

- Şirkətin texniki-fiziki təhlükəsizliyinin təşkil edilməsinə köməklik göstərmək;
- Şirkətdə texniki və fiziki təhlükəsizlik məsələlərində yaranan mübahisələr barəsində operativ məlumatlandırmanı təmin etmək;
- Şirkətin təşkil etdiyi kütləvi tədbirlərin təhlükəsizliyini təmin etməli;
- Obyektdaxili buraxılış qaydalarını düzgün yerinə yetirilməsinə nəzarət etməli:

Nə əldə edəcəksiniz

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstək;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
- İş vaxtı: Növbəli
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təhlükəsizlik bölməsinə aparıcı mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department