“Bitcoin”in qiyməti yeni tarixi maksimuma çatdı

“Bitcoin”in qiyməti 13.7% artaraq 35 603 dollara yüksəlib və bu, yeni tarixi rekorddur.
ENA.az bu barədə “TASS”agentliyinə istinad edir.
Xatırladaq ki, əvvəlki ən yüksək göstərici 3 yanvarda (34 366 dollar) qeydə alınıb.
Bir ildə “bitcoin” demək olar ki, beş dəfə bahalaşıb. 2020-ci ilin sonunda böyümə kəskin şəkildə sürətlənib. Bəzi mütəxəssislərin fikrincə, kriptovalyutanın böyüməsi əsasən institusional pullar hesabına baş verir.