Azərbaycanda yanacağın bahalaşmasına görə - KOMPENSASİYA VERİLƏCƏK
Xəbər verildiyi kimi, Tarif Şurasının qərarı ilə A-92 benzini vıə dizel yanacağının qiyməti artırılıb.
ENA.az xəbər verir ki, benzinin qiyməti 90 qəpikdən 1 manata, dizel isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb.
Tarif Şurasının qərarına görə, dizelin bahalaşmasının sərnişindaşıma ilə məşğul olan sahibkarlara təsirinin azaldılması üçün onlara kompensasiya ödəniləcək.
Şuradan bildirilib ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.
Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır.