Naxçıvanda yeni təyinat olub
Yeni yaradılan Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət İmtahan Mərkəzində (DİM) daha bir təyinat olub.
ENA.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncama əsasən, Ümid Bahaddin oğlu Qurbanov “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin sədr müavini təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl V.Talıbovun müvafiq fərmanı ilə “Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Ali Məclis sədrinin digər fərmanı ilə İsmayıl Cavanşir oğlu Qəribli Mərkəzə sədr təyin olunub.