Aqrar

Rusiya Azərbaycanın daha 15 müəssisəsindən pomidor idxalına icazə verib

“Gələn il yanvarın 1-dən etibarən Azərbaycanın daha 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib”.

TASS xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un məlumatında bildirilib.

Qeyd edilib ki, danışıqların nəticələrinə əsasən, təqdim olunmuş məlumatlara uyğun olaraq və Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti ilə “Rosselxoznadzor” 2021-ci il yanvarın 1-dən etibarən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün sayıb.

Xatırladaq bundan əvvəl “Rosselxoznadzor” daha 17 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə vermişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)