Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı İnfrastruktur və əməliyyatlar departamentinə proqram təminatlarının dəstəklənməsi üzrə mütəxəssis vakansiyası elan edir.

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Sistemlərdə yaranan problemlərin araşdırılması və həlli;
• Sistem xəbərdarlıqların və avadanlıq nasazlıqlarının monitorinqi;
• Sorğuların “SLA” -ə uyğun icrası;
• Rəhbərliyə insidentlərlə bağlı hesabatların hazırlanması;
• 24/7 iş rejimində baş verən hadisələri izlənilməsi.

Bizim üçün uyğun namizəd:

• Monitorinq sistemləri ilə iş təcrübəsinə sahib (Zabbix, Dynatrace və s.);
• Şəbəkə və server avadanlıqları ilə tanış;
• Sahə üzrə minimum bir il iş təcrübəsinə sahib;
• CISSP, MCIPT, MCTS, Cisco üzrə sertifikatlara sahib (arzuolunandır).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Proqram təminatlarının dəstəklənməsi üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department