Ərdoğan: "Putin verdiyi sözə əməl edən adamdır"
“Rusiya prezidenti Vladimir Putin ilə tanış olandan indiyədək mən onu verdiyi sözə əməl edən şəxs kimi tanıyırma. İkitərəfli əlaqələrimiz başqa ölkələrə nümunə olacaq səviyyədədir”.
ENA.az xəbır verir ki, bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
“İndiyədək sürdürdüyümüz münasibətləri bundan sonra da eyni şəkildə davam etdirəcəyik. Hərbi, diplomatik, iqtisadi, mədəni sahələrdə birgə fəaliyyət göstərdik və göstərəcəyik. Ticarət həcminə gəldikdə isə hədəflərimiz eynidir”, - Ərdoğan rusiyalı həmkarı haqqında danışarkən vurğulayıb.
R.T.Ərdoğan deyib ki, V.Putin söz bütöv və kişi adamdır.
Qeyd edək ki, Vladimir Putin Türkiyə prezidenti haqqında demişdi: “Rəcəb Tayyib Ərdoğan sözübütöv, kişi adamdır”.