Bank

Biznes kreditləri qaytara bilmirsə, problemli kreditlər niyə azalıb?

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il dekabrın 1-nə 922,9 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, oktyabrın 1-i ilə müqayisədə 8,3% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 27,5%, son 1 ildə isə 34,6% azalıb.

Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,3% təşkil edib. Bu nisbət ötən ilin sonuna 8,3%, ötən il noyabrın sonuna isə 9,3% olub.

Qeyd edək ki, hazırda biznesin kreditləri qaytarmasında ciddi problemləri var. Bununla bağlı banklar və tənzimləyici qurumlar adekvat tədbir görərək, kreditləri problemli portfelə atmaqdansa, restruktrizasiya edirlər. Yəni kreditlərin ödəmə müddəti uzadılır və ödəmə şərtləri bir qədər yumşaldılır. 

Xatırladaq ki, bu il dekabrın 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 14 304,7 milyon manat təşkil edib, bu isə noyabrın 1-i ilə müqayisədə 0,7% azdır. Bankların kredit qoyuluşu ilin əvvəlinə nisbətən 4%, son 1 ildə isə 3% azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)