Bank

Əhalinin banklardan pul axını dayandı

Bu il dekabrın 1-nə Azərbaycan banklarına əmanət qoyuluşu 7 908,2 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, noyabrın 1-i ilə müqayisədə 0,5% çoxdur.

Banklara əmanət qoyuluşu ilin əvvəlinə nisbətən 8,4%, son 1 ildə isə 18,9% azalıb.

Bu il dekabrın 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 14 304,7 milyon manat təşkil edib, bu isə noyabrın 1-i ilə müqayisədə 0,7% azdır. Bankların kredit qoyuluşu ilin əvvəlinə nisbətən 4%, son 1 ildə isə 3% azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)