MALİYYƏ

Avronun 500-lük banknotu tədavüldən çıxarılır

Dünyanın aparıcı valyutalardan Avronun 500-lük əskinası Avropa Mərkəzi Bankı (ECB) Şurası tərəfindən verilən qərarla tədavüldən çıxarılır.

"BI" xəbər verir ki, 2002-ci ildə dövriyyəyə buraxılan 500 avroluq əskinas, 26 Yanvarda 17 Avropa ölkəsi tərəfindən tədavüldən çıxarılacaq. Almaniya ilə Avstriyada isə 26 Aprel 2019-cu il tarixinə qədər 500 avroluq əskinaslardan istifadə ediləcək.

Terror təşkilatları və saxta pul kəsənlər tərəfindən tez-tez istifadə edilən və xalq tərəfindən seçim edilməyən 500 avroluq əskinasların dövriyyədən çıxarılmasının ən mühüm səbəbi, terror ilə mübarizə aparmaq kimi göstərilib. Avronun 5, 10, 20, 50, 100 və 200-lük əskinasları yenilənərək daha etibarlı hala gətirilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)