Bank

Fitch, "Türk banklarının akitvlərinin keyfiyyıti pisləşəcək" proqnozunu verdi

Fitch-in hazırladığı hesabata görə, "2021-ci ildə Türk banklarının aktivlərinin keyfiyyəti zəifləyəcək".

Təşkilatın hesabatındakı bəzi önəmli şərhlər belədir:

"Türk banklarının əməliyyat mühitinin post-korona virusu dövründə çətin olması gözlənilir.

Türk banklarının borca xidmət qabiliyyətinə dövlətin təşviq paketlərinin geri çəkilməsi kreditlər üzrə ödəmələrin gecikməsinə və TL-nin faiz dərəcələrinin artmasına təsir edəcəkdir.

Aktivlərin keyfiyyətinin pisləşməsi nəticədə tənzimləmə imkanlarının azalmasına təsir edəcək. 

Pandemiyanın bilinməyən gedişatı TL-də potensial yeni dəyər itkilərinə həssaslıq bankların aktiv keyfiyyəti baxımından əlavə risklər yaradır.

Bankların elan etdiyi aktiv keyfiyyəti tədbirləri ilin ilk 9 ayında müsbət bir tendensiya göstərsə də, bu əsas vəziyyəti əks etdirmir". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)