MALİYYƏ

Neft Fondunun xərcləri gəlirlərindən 4 milyard çoxdur

2021-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin 8 milyard 1,2 milyon manat olacağı gözlənilir.

Maliyyə Nazirliyinin büdcə layihəsinə əsasən, bu, 2020-ci illə müqayisədə 168,4 milyon manat və yaxud 2,1% çoxdur.

Gələn il ARDNF-in büdcə xərclərinin isə 12 milyard 220,5 milyon manat olacağı gözlənilir. Fonddan dövlət büdcəsinə transfertin məbləği isə 12,2 milyard manat təşkil edəcək. Bu isə bu ilə nisbətən 189,5 milyon manat və yaxud 1,5% azdır.

Son nəticədə belə çıxır ki, Fond 8 milyard qazandığı halda, 12 milyard manat xərcləyək. Bu isə o deməkdir ki, Fondun büdcəsində 4 milyard 219,3 milyon manat kəsir yaranacaq. Bu kəsir isə yəqin ki, Fondun ehtiaytları hesabına bağlanacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)