Azərbaycan Mərkəzi Bankı mənfəətindən büdcəyə "xeyir verəcək"
![](https://ena.az/uploads/news/2020-12/_ena_4803fce5445f9c7c66a29da1a_o.jpg)
2021-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirləri 11,851 milyard manat nəzərdə tutulub.
Maliyyə Nazirliyinin büdcə layihəsinə görə, gəlirlərin 48,7%-ni və yaxud 5 674 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 33,5%-ni və yaxud 3 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 7,6%-ni və yaxud 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 %-ni və ya 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, 8,1%-ni və yaxud 947 milyon manatını isə digər gəlirlər təşkil edəcək.