Birja

Azərbaycan hökuməti 2 milyard manat həcmində dövlət istiqrazı satacaq

“2018-2020-ci illərdə yerləşdirilən və əsas borcu 2021-ci ildə qaytarılacaq istiqrazların ümumi məbləği 681,5 milyon manat təşkil edir və bu məbləğin daxili bazardan cəlb ediləcək vəsait hesabına təkrar maliyyələşdirilməsi planlaşdırılır”.

Bu barədə 2021-ci il dövlət büdcəsi layihəsində bildirilib.

Sənəddə həmçinin deyilir ki, büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına əlavə 1,3 milyard manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Növbəti ildə istiqrazlar üzrə qaytarılacaq əsas borcun daxili bazarda təkrarmaliyyələşdirilmə hesabına təmin edilməsi, həm də büdcə kəsirinin bağlanması üçün təqribən 2,0 milyard manat məbləğində dövlət istiqrazları emissiya olunmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)