Sosial iqtisadiyyat

Un, ət, kolbasa, yumurta, balıq, yağ – BAHALAŞIB

Bu ilin yanvar-noyabr aylarında ərzaq məhsullarının qiymətləri 1,9 faiz bahalaşıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, noyabr ayında oktyabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,2 faiz bahalaşıb.
 
Ay ərzində düyünün, unun, qoyun ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və qarğıdalı yağlarının, bananın, armudun, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, soğanın, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, göyərtinin, çuğundurun, yerkökünün, sarımsağın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)