Bank

Azərbaycan bankları "halal" kredit verəcəklər - TOPLANTI

Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişafı müzakirə olunub.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildiriblər ki, ABA tərəfindən təşkil olunmuş iclasda Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericilik, tənzimləmə sistemi və nəzarət tələbləri müzakirə olunub.

Toplantıda ölkədə bank xidmətləri, mikromaliyyə, sığorta və qiymətli kağızlar sektorlarının imkanları, bu sektorda İslam maliyyəsi üçün imkanlar da diqqət mərkəzində olub.

Bazar iştirakçıları üçün İslam maliyyəsinə əsaslana biləcək mümkün məhsullar, tələb və təklif istiqamətləri, mexanizmlər, əməliyyatlar və s. məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasda, həmçinin "Azərbaycanda İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi" layihəsi ilə bağlı təqdimat keçirilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 3 bank olmayan kredit təşkilatı, eyni zamanda, "Azericard" MMC ABA-nın üzvüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)