Sənaye

“Socar”ın müəssisəsi kapitalından 12 milyon manatı geri çəkib

“SOCAR Construction” MMC-nin nizamnamə kapitalı azaldılıb.

ENA.az xəbər verir ki, “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 20 600 900 manat məbləğdən 8 972 311 manat məbləğə azaldığını elan edir.

Nəticədə “SOCAR Construction” MMC-nin nizamnamə kapitalı 11 628 589 manat təşkil edir.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.

Onu da qeyd edək ki, “SOCAR Construction” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Zaur Ağayevdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)