Vakansiyalar

"Dövlət Aqrar Ticarət Şirkəti" işçi axtarır - VAKANSİYA

Vakansiya: Maliyyə Hesabatları və Büdcə Proqnozlaşdırması üzrə Aparıcı Mütəxəssis

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Aylıq, rüblük və illik (ayrıca və konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlamaq;
• Etibarlı aylıq uçotu məlumatlarının Xərclərin uçotu şöbəsinə təqdim etmək;
• Balans cədvəlində və mənfəət/itki hesabında (gəlirlər və xərclər hesabatında) aylıq əsasda analitik prosedurları yerinə yetirmək;
• Normativ maliyyə hesabatlarının hazırlanmasına dəstək göstərmək;
• Yeni əməliyyatlar üçün mühasibat uçotu qaydalarını təklif etmək və mühasibat uçotuna dair xidməti yazılar hazırlamaq;
• Sistemdə aylıq və illik maliyyə/hesabat dövrünün bağlanması baxımından Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS) üzrə müxabirləşmələri hazırlamaq;
• Sistemdə BMHS üzrə hesabatın tərtibatında ERP texniki heyətinə dəstək göstərmək;
• Həvalə edilən digər gündəlik tapşırıqları yerinə yetirmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR

Funksional

• BMHS üzrə texniki ekspertizaya malik olmaq məcburidir;
• ERP biliklərinə malik olmaq (SAP üzrə təcrübəyə üstünlük veriləcəkdir);
• MS Office, xüsusən MS Excel proqramını mükəmməl səviyyədə bilmək

Davranış

• Təşkilatın bütün səviyyələri ilə peşəkar tərzdə ünsiyyət saxlamaq bacarığına malik olmaq;
• Sərbəst surətdə və kollektivin tərkib hissəsi kimi işləmək bacarığına malik olmaq;
• Son icra müddətlərinə əməl etmək və təzyiq altında işləmək bacarığına malik olmaq;

Təhsil və təcrübə

• Mühasibat uçotu və maliyyə sahəsində ali təhsilə malik olmaq, aidiyyəti üzrə magistr dərəcəsi yüksək qiymətləndiriləcəkdir;
• ACCA/CIMA üzrə peşəkar ixtisaslaşma ,-F7 və ya DipİFRS mütləqdir
• Müvafiq sahə üzrə ən az 2 illik iş təcrübəsi
• Azərbaycan və ingilis dillərində qabaqcıl biliyə malik olmaq, rus dili qabiliyyəti üstünlük təşkil edir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Hesabatları və Büdcə Proqnozlaşdırması üzrə Aparıcı Mütəxəssis” yazaraq hr@agrotrade.gov.az ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 14.12.2018-ci il

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department