Bank

Dollara olan tələbat təmin edildi - HƏRRACIN NƏTİCƏSİ

Bugün Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarətilə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirilən valyuta hərracında banklara 70,8 milyon dollar satıldı.

15 dekabrda olan auksionunda isə Mərkəzi Bank banklara 70 milyon dollar satmışdı.

"Cümə axşamı keçirilən hərracda bankların tələbi 70,8 milyon dollar təşkil edib və tam təmin olunub. Hərrac nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/1 dollar olub və cümə axşamı səhərki məzənnə ilə müqayisədə dəyişməyib", - deyə açıqlamada bildirilir. 

Xatırladaq ki, mart ayında neftin kəskin enməsi fonunda Azərbaycanda xarici valyutaya tələb artdı, lakin apreldən başlayaraq tələb tədricən azaldı. 

Dövlət Neft Fondundan ENA.az-a verilən məlumata görə, Prezidentin ARDNF-nin büdcəsinə dəyişiklik edilməsi ilə bağlı 31 avqust  2020-ci il tarixli Fərmanına əsasən transfertin həcmi 12,2 milyard manata qədər artırılıb. 30 noyabr 2020-ci il tarixinə qeyd olunan xərc maddəsi üzrə icra səviyyəsi 90,9% və ya 11,084 milyard manat təşkil etmişdir və əlavə tranşın olması gözlənilmir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)