Paşinyan öz istefasını "Yeni İl hədiyyəsi" edəcək
Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 31-də istefasını açıqlaya bilər. Bunu ölkənin “Hraparak” qəzeti yazıb.
Məlumata görə, baş nazirin istefa qərarını Yeni il müraciətində elan edəcəyi gözlənilir.
Xatırladaq ki, bir neçə gün əvvəl təhlükəsizlik şurasının iclasında Paşinyan istefa verməyəcəyini açıqlamışdı.