Rusiya Azərbaycandan pomidor ixracını bərpa edib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın bəzi müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.
ENA.az xəbər verir ki, bu barədə qurumun məlumatlarında deyilir.
Bu gündən etibarən Xızı rayonunda qeydiyyatda olan “Aqroterm” MMC, dekbarın 17-dən etibarən isə daha dörd Azərbaycan müəssisəsi ixrac prosesini bərpa etmək hüququ əldə edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə aşağıdakılar məhsullarını idxal edə biləcəklər: “Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul greenhouse” MMC (Hacıqabul rayonu).
Xatırladaq ki, dekabrın 10-dan etibarən “Rosselxoznadzor” məhsullarda zərərvericilərin aşkarlanması halları səbəbindən Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan etmişdi.