Həbs edilən icra başçının səlahiyyətləri kimə verilib?
![](https://ena.az/uploads/news/2020-12/_ena_4ab7a1c603fee2ee8411d5a43_o.jpg)
Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətlərini icra edən şəxs məlum olub.
RİH başçısının səlahiyyətlərinin icrası birinci müavin Mansur Məmmədova həvalə olunub.
Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib.
Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Dekabrın 9-da Səbail Rayon Məhkəməsində N.Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.