Hadisə

Gürcüstan hökuməti istefaya getdi

Gürcüstan hökuməti ölkənin yeni parlamentinin səlahiyyət əldə etməsindən sonra tam tərkibdə istefa verib.

Hökumət üzvləri yeni baş nazir təyin olunana qədər vəzifələrini icra edəcəklər.

Parlament hökumətin istefasından sonra iki həftə ərzində seçkilərdə qalib gələn partiyanın baş nazir vəzifəsinə irəli sürdüyü namizədə etimad göstərməlidir.

Hökumətin tərkibi və proqramı istefadan sonra 9 gündən gec olmayaraq parlamentə təqdim olunmalıdır.

Etimad üçün ən azı 76 deputatın səsi tələb olunacaq.

Konstitusiyaya əsasən, parlamentin müəyyən olunan müddət ərzində hökumətə etimad göstərməyəcəyi halda, prezident iki həftədən sonra parlamenti buraxmalı və növbədənkənar seçkilər təyin etməlidir.

Qeyd edək ki, parlament seçkilərində qalib gəlmiş Gürcü Arzusu Partiyasının hökumət başçısı vəzifəsinə namizədi hazırkı baş nazir Giorgi Qaxariyadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)