Özbəkistan və Qırğızıstan birgə investisiya fondu yaradır
Özbəkistan və Qırğızıstan nizamnamə kapitalı 50 milyon dollar olan birgə investisiya fondu yaradır.
Bununla bağlı qərar Özbəkistanın Fərqanə şəhərində bu ölkənin investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov və Qırğızıstan Baş nazirinin müavini vəzifəsini icra edən Artyom Novikov arasında imzalanıb.
Tərəflər gömrük sahəsində əməkdaşlığın inkişafı üzrə Hökumətlərarası işçi qrupunun yaradılması haqqında razılıq əldə ediblər. Bundan əlavə, Özbəkistan və Qırğızıstan arasında əməkdaşlığın inkişafı üzrə yol xəritəsi qəbul olunub.
Həmin gün Fərqanə şəhərində Özbəkistanın Namanqan, Əndican, Fərqanə, Qırğızıstanın Oş, Cəlalabad və Batken vilayətləri hakimlərinin növbəti görüşü də keçirilib.