Sosial iqtisadiyyat

Vahid Əhmədov: “Azərbaycan bankları şəhid ailələrinə güzəştə getməlidir”

“Əmanətlərin sığortalanması məsələsi bizi həmişə narahat edir. Bu, bank sistemi üçün də müəyyən əhəmiyyət daşıyır”.

ENA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Biz banklar bağlananda çoxlu şikayətlər alırdıq. Bankların görəcəyi böyük işlər qabaqdadır. Artıq Hadrutda “Beynəlxalq Bank”ın terminalı qoyulub. Digər banklar da bu prosesdə iştirak etməlidirlər. Bizə müharibə əlilləri, şəhid ailələrindən çoxlu şikayətlər daxil olur. Banklar həmin ailələrə güzəştə getməlidir. Xahiş edirəm ki, bu məsələ öz həllini tapsın”, - o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)