“Yelo Bank”da yeni təyinat olub
ADA Universitetinin Kareyera xidmətləri üzrə administratoru olan Kəmalə Eynullayeva da “Yelo Bank” ASC-də karyerasını davam edəcək.
ENA.az xəbər verir ki, K.Eynullayeva bankda İşə qəbul və kadr planlaması şöbəsinin müdiri təyin olunub.
O, bank karyerasına 2004-cü ilin dekabrında “AGBank”da start verib, 2014-cü ilin dekabrına qədər burada çalışmışdır. 2015-ci ilin oktyabrından 2017-ci ilin mayına qədər “CDB Bank”da insan resursları üzrə f'aliyyıtini davam etdirib. 2017-ci ilin mayından 2017-ci ilin noyabrına qədər “Ata Bank”ın Marketinq və Kommunikasiya departamentinə, 2018-ci ilin yanvarından 2019-cu ilin martına qədər “Rabitəbank”da İşəgötürmə və qiymətləndirmə idarəsinə rəhbərlik edib. 2019-cu ilin martından 2020-ci ilin noyabr ayınadək ADA Universitetində Karyera xidmətlərinin administratoru vəzifəsini icra edir.