Dəmirin qyməti rekord qırdı
Dəmir filizi artan tələbin təsirilə yeni rekordlar qırmağa davam edir. Çin Gömrük Komitəsinin açıqladığı xarici ticarət məlumatları dəmir filizi qiymətlərində yeni rekordlar qeyd edilməsinə səbəb olub. MArja xəbər verir ki, Sinqapurda ticarət olunan dəmir filizi 144 dolları da aşıb.
Çinin Noyabr ayına dair xarici ticarət məlumatlarına görə, ölkənin bu ayda idxal etdiyi dəmir filizi təxminən 100 milyon ton olub. Beləliklə 2020-ci ilin 11 ayında ölkə 1,07 milyard ton dəmir filizi idxal etmişdir. Bu rəqəm 2019-cu ilin hamısında qeydə alınmış səviyyənin aşıldığını göstərib.
Çində iqtisadi toparlanmanın davam etməsinin dəmir filizi qiymətlərinə əks olunması gözlənilir.
Citigroup-un qiymətləndirməsinə görə, gələn ilin ilk rübündə dəmir filizində qiymətlər 1 ton üçün orta hesabla 140 dollar səviyyəsində olacaq.