Vakansiyalar

Qida məhsullarının satışı sahəsində satış müdiri tələb olunur - MAAŞ 3000 MANAT

Qida məhsullarının satışı sahəsində satış müdiri tələb olunur.

Tələblər aşağıdakı kimidir:

- 7-10 il satış təcrübəsi olmalıdır
- 3 il satışa rəhbər vəzifəsində təcrübə olmalıdır
- şəbəkə mağazalarla işləmə təcrübəsi olmalıdır
- işçilərlə kommunikasiya etmək bacarığı olmalıdır (əgər bu sahə üzrə sertifikatları varsa üstünlükdür)
- satış komandasını formalaşdırmalıdır (əgər satışla bağlı və komandanın qurulması ilə bağlı təlimlərdə olubsa , sertifikatları varsa üstünlükdür)
- satış şəbəkəsini qurmalıdır

Əmək haqqı 3000 gross və satışdan bonus.

Qeyd: Çalışacağı şirkət tum və çərəzlərin istehsalı və satışı ilə məşğul olacaq. (Şirkət yenidir)

E-mail: huseynov.x@gmail.com

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department