Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Vətən müharibəsində Ermənistanın məhv edilən texnikaları – TAM SİYAHI

Vətən müharibəsində Ermənistanın məhv edilən texnikaları – TAM SİYAHI

Xəbər verildiyi kimi, bu gün dekabrın 1-də Azərbaycan ordusu Laçın rayonuna daxil olub.

ENA.az xəbər verir ki, bununla da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı atəşkəs razılaşmasının bəndlərinin bir hissəsi icra edilib.

!@#

Bu münasibətlə xalqa müraciət edən prezident İlham Əliyev döyüşlər zamanı düşmənin məhv edilən və qənimət götürülən hərbi texnikasının siyahısını açıqlayıb.

Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə,

“Smerç” - dörd dənə,

“Qrad” - 97 dənə,

“Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1,

“S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi.

İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi.

“Oborona” radiolokasiya stansiyası - 1 dənə,

“TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, “KUB” zenit-raket kompleksi - 4 dənə, “KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2,

Ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə,

“Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb.

Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb.

Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb.

Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb.

Qumbaraatan – 178-i qənimət götürülüb.

Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb.

Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb.

7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb.

Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank.

Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb.

“Su-25” təyyarəsi – 5-i məhv edilib.

Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik-deyə prezident bildirib.