Vakansiyalar

Buta Construction iişçilər axtarır - MAAŞ 700-1300 MANAT

Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti Hövsan qəsəbəsində 2 hündürmərtəbəli binanın tikinti layihəsi üçün aşağıdakı vakansiya üzrə namizəd axtarır:

Vəzifə: İş icraçısı

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş təcrübəsi
Təhsil: Ali təhsil
Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Əmək haqqı – müsahibə əsasında 1200 AZN-dən başlayaraq

İşin məzmunu:

Növbə üzrə işlərin idarə olunmasını, briqadaya daxil olan işçilərin təlimatlandırılmasını və iş prosesinə nəzarəti həyata keçirən, məhsuldarlığın artmasını təmin etmək üçün avadanlıqlara nəzarət etməyə cavabdehdir.

Vəzifə və öhdəliklər:

• Briqada üzrə nəzarət, briqadaya daxil olan işçilərin bir-biri ilə əlaqələndirilməsi, bütün briqada üzrə fəaliyyətin hesabatın verilməsi və keyfiyyət tələblərinin yerinə yetirilməsi;
• İşlərin şifahi planlaşdırılması və təşkil olunması.
• Təmir proqramına əsasən gündəlik işlərin yerinə yetirilməsi.
• İşləri vaxtında başa çatdırmaq üçün bütün zəruri sahə resurslarının (işçi qüvvəsinin, avadanlıqların, materialların və s.) səmərəli istifadə olunması və yoxlanılması.

CV üçün e-mail: project1@butaconstruction.az (İş icraçısı başlığı ilə göndərməniz xahiş olunur).

***

Vəzifə: Hüquqşünas və Sənəd dövriyyəsinə Nəzarət

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: - Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
Təhsil: Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Əmək haqqı – müsahibə əsasında 1300 AZN-dən başlayaraq

Tələblər:

- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
- Korporativ hüquq sahəsini bilməli və Korporativ sahə üzrə iş təcrübəsi olmalı;
- Elan olunmuş tenderlərdə iştirakın hüquqi əsaslarını və Dövlət satınalmaları haqqında qanunu, həmçinin təisçi qərarları haqqında biliklərə sahib olmalı;
- Səhmdar cəmiyyətlər haqqında qanunvericiliyi bilməli, inzibati sahədə nəzəri və praktik biliklər;
- Müqavilə və sənədləşmə haqqında biliklər;

Vəzifə və öhdəliklər:

- AR-nın Mülki Məcəlləsinə uyğun olaraq müqavilələr, düzəlişlər, dəyişikliklər, Əlavə Razılaşma sənədləri və hüquqi gücə malik digər sənədlərin hazırlanması, Əmr, bildiriş, məktub, digər hüquqi akt və sənədlərin AR Mülki Məcəllə qanunvericiliyinə və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə hazırlanmasına dəstək, həmin sənədlərə münasibət bildirmək;
- Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilələri hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib hüquqi ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi, müqavilələrin analiz edilməsi, risklərin qiymətləndirilməsi;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.
- Kargüzarlığın əsaslarını bilmək və şirkət daxili sənəd dövriyyəsinə nəzarət etməli;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması.

Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “Hüquqşünas” qeyd etməklə öz CV-lərini cv@butaconstruction.az ünvanına göndərə bilərlər.

***

Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti Hövsan qəsəbəsində 2 hündürmərtəbəli binanın tikinti layihəsi üçün aşağıdakı vakansiya üzrə namizəd axtarır:

Vəzifə: Mühafizəçi

İş yeri: Bakı şəh., Hövsan qəsəbəsi
İş rejimi - 6 günlük İş növbəli qrafikə əsaslanır
İş təcrübəsi: müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
Komandada işləmək bacarığı, punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Əmək haqqı – 250 AZN

Vəzifə öhdəlikləri:

• Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində xidmət etdiyi ərazidə olmaq və onun təhlükəsizliyini təmin etmək.
• Vəzifə yerini istisna hallar xaric tərk etməmək
• Hadisələrə qarşı diqqətli davranmaq
• Baş verən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
• Obyekti periodik olaraq gəzərək, göstərilən təlimatların təşkilini aparmaq.
• Təşkilatın girişində növbə çəkir: işçiləri, qonaqları, nəqliyyatı onların təqdim etdikləri müvafiq sənədlər üzrə təşkilatın ərazisinə və geriyə buraxır.
• Şirkətin etik normalarına uymaq
• Hadisə zamanı hər bir detalın öyrənilməsi və məruzə edilməsi

Təminatlar:

CV üçün e-mail: project1@butaconstruction.az (Mühafizəçi başlığı ilə göndərməniz xahiş olunur).

***

Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti Hövsan qəsəbəsində 2 hündürmərtəbəli binanın tikintisi layihəsi üçün aşağıdakı vakansiya üzrə namizəd axtarır:

Anbardar

Vəzifə öhdəlikləri:

• Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunmasını təmin etmək;
• Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
• Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər(qaimə) əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
• Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək;
• Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə - boşaltma işlərini təşkil etmək;

Tələblər:

• Ali təhsil
• Tikinti sahəsində anbar təsərrüfatı üzrə 3 il iş təcrübəsi
• MS Office, 1C proqramlarında işləmə bacarığı

• İş rejimi - 6 günlük
• Əmək haqqı - 700 AZN
• İş yeri: Bakı şəh., Hövsan qəsəbəsi

CV üçün e-mail: project1@butaconstruction.az (Anbardar başlığı ilə göndərməniz xahiş olunur).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department