MALİYYƏ

İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 2 milyard manata yaxınlaşıb

“Bu günə İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 1,8 milyard manat, məcmu kapitalı 822 milyon manatdır".

ENA.az xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov deyib.

Bundan başqa, onun sözlərinə görə, hazırda təmsil etdiyi qurum korporotiv qiymətli kağızlar bazarının 95%-nə, bütün bazarın isə 15%-nə nəzarət edir.

"Əgər əvvəllər biz qonşu ölkələrin təcrübəsini öyrənirdiksə, hazırda Rusiya, Qazaxıstan və Qırğızıstan bizim bəzi təcrübələrimizlə maraqlanır”,- deyə R.Hümmətov əlavə edib.

O, həmçinin deyib ki, hazırda Fondun saytında 90 mindən çox aktiv kabinet var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)