Qarabağ

"Azərbaycanlılar dünən gəldilər, sakit davrandılar, hücum olmadı"

Ermənistan mətbuatının yaydığı məlumat görə, Azərbaycan hərbiçiləri Zod qızıl mədən ərazisini tərk ediblər.

Məlumata görə, mədəni istismar edən şirkətin rəhbəri Hakob Avetyan, Azərbaycan hərbçilərinin işini bərpa edən mədən ərazisini tərk etdiyini söyləyib.

Onun sözlərinə görə, hazırda problemin qəti həlli yoxdur.

"Vəziyyət sakitdir, mədən ərazisində yalnız ermənilər var. Azərbaycanlılar dünən gəldilər, sakit davrandılar, hücum olmadı. Biz rəhbərliyimizin qərarını gözləyirik, onlar da öz rəhbərlərinin qərarını gözləyirlər" Hakob Avetyan deyib.

Qeyd edək ki, bundən əvvəl Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan Azərbaycan hərbçilərinin Zod mədənində 3 post qurduqlarını bildirmişdi. 

Zod qızıl yatağının bir hissəsinin Ermənistan, bir hissəsinin Kəlbəcər ərazisində olduğu iddia edilir. Dünən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Zodda sərhəd demarkasiyası (sərhəd xəttinin müəyyənləşdirilməsi) Ermənistan, Rusiya və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə baş verir.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilmişdir.

Kəlbəcər 25 noyabrda Azərbaycanın nəzarətinə keçib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)