“Üçtərəfli bəyanatın icrası çox ağrılıdır” - Nikol Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan qubernatorların iştirakı ilə iclas keçirib.
Hökumət rəhbəri ölkə daxilində vəziyyətin gərgin olduğunu bildirib.
“Sabitlik çox vacib və strateji məsələdir. Xarici və daxili təhlükəsizliyi, eyni zamanda sabitliyi təmin etmək ölkənin həll etməli olduğu ən böyük problemdir.
İmzalanmış üçtərəfli bəyanatın icrası çox ağrılıdır. Lakin, qərar alternativin daha ağrılı ola biləcəyi vəziyyətdə qəbul edildi”, – deyə Paşinyan bildirib.