Qarabağ

Ermənilər Laçını tərk etmək istəmirlər

Ermənistan ordusu 10 noyabrda imzalanmış üçtərəfli razılaşmaya əsasən, dekabrın 1-nə qədər Laçını tərk etməlidir.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən Laçın şəhərində və bəzi yaxın kəndlərdə qalan bölgəni tərk etməkdə maraqlı deyillər.

Laçında yaşayan 2200-dən artıq erməninin şəhəri tərk etmək istəmədiyi bildirilir və yaşayış məntəqəsinin  rusiyalı sülhməramlıların nəzarətinə verilməsi barədə təkliflər səsləndirilir.

“Sakinlər Laçını tərk edir. Biz onlara köçmək üçün yanacaq veririk. Şəhərin idarəçiliyi azərbaycanlılarda olsa da, ermənilərə burada yaşamağa icazə veriləcəyi deyilirdi. Məndə olan məlumata görə, şəhərin idarəçiliyi rusiyalı sülhəmramlılarda olacaq ya da neytral qalacaq”-deyə Laçının erməni icra nümayəndəsi Muşeq Alaverdyan söyləyib.

 
Laçında çemodan əhval-ruhiyyəsinin olduğunu deyən Alaverdyan rayon mərkəzinin Azərbaycana qaytarılacağı təqdirdə Xankənidnə köçəcəklərini vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department