Sosial iqtisadiyyat

Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın”

Deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müddətinin daha 1 il uzadılmasını təklif etdi.

ENA.az xəbər verir ki, deputat qeyd edib ki, bu qanun layihəsinin müddəti dekabrın 4-də bitir:

“Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadi layihələr həyata keçiririk. Bundan əlavə, ölkədə pandemiya tüğyan edir. Buna görə də, həmin qanun layihəsini 1 il müddətinə uzatmalıyıq. 

Bildiyimə görə, sabah Maliyyə Sabitliyi Şurasının iclası keçirilməldiir. Cənab Baş nazirdən xahiş edirəm ki, qanunun müddətinin uzadılmasıyla bağlı Prezident qarşısında məsələ qaldırsın. Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)