Hadisə

Suqovuşanda minaya düşən rusiyalı sülhməramlı Bakıya gətirildi

Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndində partlayış baş verib.

ENA.az xəbər verir ki, döyüşlərdə həlak olan hərbçilərin meyitlərinin axtarışı ilə məşğul olan qrup Suqovuşan kəndi yaxınlığında minaya düşüb.

Qrupa rusiyalı sülhməramlılar, Ermənistan FHN-nin nümayəndələri, Qırmızı Xaç Komitəsinin əməkdaşları, azərbaycanlı hərbçilər daxil olub.

Hadisə zamanı rusiyalı sülhməramlı yaralanıb. Onun müalicə olunmaq üçün Bakıya gətirildiyi xəbər verilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)