Bank

“Unibank”ın səhmdarları növbədənkənar iclas çağırıb

Dekabrın 23-də “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. Yığıncaqda bankın yeni korporativ sənədlərinin təsdiqi və təşkilatı və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, 2020-ci ilin iyun ayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank”dakı 9% payını satıb. AYİB bankın kapitalındakı 9% payını “Unibank”ın əsas səhmdarı olan Eldar Qəribov alıb. Nəticədə E.Qəribovun bankdakı payı 77,3839%-dən 86,3839%-ə yüksəlib. Hazırda bankın səhm paketinin 6,0157% fiziki şəxs qismində olan səhmdarların, 7,6004% isə hüquqi şəxslərə məxsusdur. 

Bankın nizamnamə kapitalı 125 milyon 686 min manat təşkil edir. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 2,72 manat olan 46 milyon 208,219 min ədəd səhmlə formalaşıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)