Dövlət Vergi Xidməti inzibati binasının təmirinə 113 minə yaxın pul xərcləyəcək
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti inzibati binanın təmiri üçün podratçı seçimi üçün tenderin qalibini müəyyənləşdirib.
Tenderin qalibi "İdeal TM" şirkəti olub. Şirkətlə 112.971.62 manat məbləğində müqavilə bağlanıb.
"İdeal TM" Dövlət Vergi Xidmətinin Landau 16 ünvanındakı inzibati binasında təmir işləri aparacaq.