Dövlət Xidməti və Assosiasiya "barışdı"
Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) və Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəhbərliyi arasında görüş olub.
Bu barədə AKİA-nın sədri Cəlil Süleymanov bildirib.
Onun sözlərinə görə, ötən gün Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüştərəflər arasında bütün problemli məsələlər müzakirə olunub və anlaşılmazlıqlar aradan qaldırılıb.
Görüşdə vurğulanıb ki, hər iki qurum ölkədə kənd təsərrüfatının və kiçik sahibkarlığın inkişafı, fermerlərə dəstək yolu ilə onların fəaliyyətinin daha da dəstəklənməsi üçün, eyni hədəflər üzrə iş aparırlar. Buna görə də bundan sonra təşkilatların birgə əməkdaşlığının vacibliyi vurğulanıb və bununla bağlı razılıq əldə edilib. Görüşün çox məhsuldar keçdiyini və hər iki tərəfin razı qaldığını bildirən Assosiasiya rəhbəri bundan sonra Xidmətlə əməkdaşlğın genişlənəcəyini qeyd edib.