Elm və Texnologiya

“WhatsApp”da daha bir YENİLİK

Məşhur "WhatsApp" messencerində daha bir yenilik işə salınacaq.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya mesaj axınının öhdəsindən daha rahat gəlməyə kömək edəcək.

Belə ki, "Read Later" ("Sonra oxu") funksiyası "Archived Chats" ("Arxivləşdirilmiş Söhbətlər") funksiyasını əvəz edərək arxivləşdirmə və bildirişin söndürülməsi prosesinə ciddi dəyişikliklər gətirəcək.

"Sonra oxu" nun əsas xüsusiyyətlərindən biri odur ki, söhbət arxivləşdirildikdə və ya daha sonra oxunmaq üçün təxirə salındıqda belə, yeni mesajlar gələcək və arxivə əlavə olunacaq. İstifadəçi əlavə bildirişlərlə bezdirilməyəcək. Arxivləşdirilmiş söhbət digər "söhbətlər" siyahısında saxlanılacaq.

Hazırda "Read Later" funksiyası iOS üçün "WhatsApp"ın 2.20.130.1 nömrəli beta versiyasında var, "Android"lərdə isə hələ mövcud deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)