Qarabağ

Lavrovun müavinindən Qarabağın statusu ilə bağlı AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib.

ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini Andrey Rudenko danışıqların gələcəyi ilə bağlı bəzi detalları diqqətə çatdırıb.

“Dağlıq Qarabağın statsununu müəyyənləşməsi üçün təxmini vaxt müəyyən edilməyib. Bundan başqa, rəsmi Bakının Qarabağa xüsusi status verməmək niyyətinin münaqişədə yeni gərginliyə yol açmayacağını hesab edirik. Həmçinin, Ermənistandakı daxili qeyri-stabilliyin Qarabağ razılaşmasının pozulmasına səbəb olmayacağını düşünürük”, - deyə o açıqlama verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department