Türkiyə Azərbaycana ordu göndərir
Türkiyədə Prezident Administrasiyası Azərbaycana hərbçilərin göndərilməsi ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib.
ENA.az xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.
Qanun layihəsi müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Qanun layihəsinin detalları məlum olub. Belə ki, layihə Türkiyə Silahlı Qüvvələrinin Qarabağdakı birgə monitorinq mərkəzində 1 il müddətinə fəaliyyət göstərməsi ilə bağlıdır.