"Marine Technical Solutions" şəxsi sürücü axtarır - İŞ ELANI
Vakansiya: Şəxsi sürücü
Tələblər:
• Sürücülük təcrübəsi - 5 ildən artıq (Əmək kitabçasında qeydlərin olması vacıbdir)
• Sürücülük vəsiqəsi – B,C kateqoriyası
• Yaş həddi – 30-45 yaş
• Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı, tütün məmulatlarından (siqaret) istifadə etməməsi vacib şərtdir.
Vəzifələr:
• Avtomobilin idarə edilməsi (Şəhəri yaxşı tanımaq)
• Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılması
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edilməsi
İş barədə məlumat:
• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, 08:00-19:00
• Əmək haqqı: Razılaşma yolu ilə.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Şəxsi sürücü” qeyd edərək CV-lərinizi hr@marinets.az elektron ünvanına göndərməyiniz xahiş olunur.